Belə bir riskli hərəkəti etməyə heç kim cürət etməz.

Unikal.org aznews.az-a istinadən xəbər verir ki, Hindistanda ağaca başıaşağı şəkildə dırmaşa bilən adam peydə olub. Mukeş Kumar adlı bu şəxs üçün ağaca dırmaşmaq hələ uşaqlıq illərindən sevimli məşğuliyyətə çevrilib. Kumar indi 32 yaşındadır.
Qeyri-adi qabiliyyəti ilə fərqlənən kəndli ağaca çıxarkən dəfələrlə yıxılaraq zədələnib. Buna baxmayaraq o, yenə də bu məşğuliyyətindən əl çəkməyib. "Hamı ağaca başıyuxarı dırmaşır. Mən isə, bunun əksini etməklə unikal nümunə olmaq istədim - deyə Kumar bildirib. Hazırda o, başıaşağı ağaca dırmaşmaq üzrə Ginnesin Rekordlar Kitabına düşməyə çalışır.