Bakıda törədilən qətlin üstü açılıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, bir neçə gün əvvəl rayonun Təbriz küçəsi 2 ünvanında üzərində xəsarətləri olan kişi meyiti aşkarlanıb.

Araşdırmalar nəticəsində onun Lənkəran rayon sakini, 1973-cü il təvəllüdlü Müşfiq Firdovsi oğlu Əliyev olması müəyyənləşib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində M. Əliyevin tanışı, 1965-ci il təvəllüdlü Elman Məhərrəmov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib. E. Məhərrəmov tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.