ABŞ prezidenti Donald Tramp dini azadlıqlar haqqında fərman imzalayıb.
Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, sənəd dini təşkilatlara siyasi xadimləri dəstəkləməyi, siyasətlə əlaqəli digər fəaliyyətlərlə məşğul olmağı icazə verir.
Tramp Ağ Evdə çıxışı zamanı qeyd edib ki, fərman ABŞ-da din və söz azadlığını təmin edəcək: "Vergi qurumu siyasi çıxışlara görə dini təşkilatları bir daha təqib etməyəcək.
"Mənim administrasiyam dövründə söz azadlığı kilsə, sinaqoq və digər dini obyektlərin kandarında qalmayacaq. Hökumət fikir ifadəsinə görə dini qurumları bir daha təqib etməyəcək. ABŞ heç vaxt dini diskriminasiya ilə məşğul olmayacaq, - deyə Tramp vurğulayıb.
"Biz dini azadlığı hamı üçün müdafiə edirik, - deyə Tramp bildirib.
Qeyd edək ki, Trampın imzaladığı fərman "Consonun düzəlişləri adlanan qanunu qüvvədən salıb. 1954-cü ildə qəbul olunan qanun kilsə və digər dini qurumlara bu və ya digər siyasətçilərin lehinə və ya əleyhinə çıxış etməyi qadağan edib. Bu vaxtadək qadağanı pozan dini qurumlar vergi imtiyazlarından məhrum edilirdilər.