Bunun üçün xüsusi fond yaradılıb
"Apple" şirkəti ABŞ-da yeni iş yerlərinin açılmasına bir milyard dollar ayırmağı planlaşdırır.
Unikal.org-un RBK-ya istinadən verdiyi xəbərə görə, şirkət bunu ABŞ prezidenti Donald Trampın tənqidinə cavab olaraq edib.
CNBC kanalına müsahibə verən şirkətin rəhbəri Tim Kuk bildirib ki, bu haqda qərar D. Trampın ABŞ şirkətləri ilə bağlı narazılığından sonra qəbul edilib. O qeyd edib ki, ilk sərmayə may ayında ayrılacaq: "Əksəriyyət məndən soruşur ki, iş yerlərinin yaradılması şirkətin öhdəliklərinə daxildirmi? Mən isə cavab verirəm ki, şirkətin dəyərləri olmalıdır. Çünki şirkət - insanların toplusudur."
"APPLE" artıq yeni planının rallaşdırmaq üçün xüsusi fond yaradıb.