Ermənistanda Avetisyanlar ailəsinin 7 üzvünü öldürən rus hərbçi Valeri Permyakov cəzasını Rusiyada çəkəcək.

Unikal.org xəbər verir ki, bu barədə "Ria Novosti"-yə Şimali Qafqaz rayon Hərbi Məhkəməsinin nümyəndəsi məlumat verib.

"Əlbəttə, o, cəzasını Rusiyada çəkəcək"-deyə agentliyə bildirilib.

Qeyd edək ki, Permyakov 2015-cilin yanvarın 12-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyib. Hadisə yerində ailənin 6 üzvü həlak olub. Bir nəfər altı aylıq uşaq isə ağır yaralı halda xəstəxanaya aparılsa da 19 yanvarda dünyasını dəyişib.

12 avqust 2015-ci ildə Rusiya hərbi məhkəməsi Permyakovu 10 il azadlıqdan məhrum etmə haqqında qərar çıxarıb. Buna qarşılıq olaraq, avqustun 23-də Ermənistanın Şirak vilayətinin məhkəməsi ona ömürlük həbs cəzasına məhkum edilməsi haqqında qərar çıxarıb.