Venesuelada Ansoateqi Politexnik Universitetinin tələbə hərəkatının lideri qətlə yetirilib.
Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə ölkə prokurorluğunun məlumatında bildirilir.
Məlumata görə, hadisə El-Tiqre şəhərində yerləşən təhsil müəssisəsinin ərazisində baş verib.
Qətlə yetirilən Xuan Bautista Lopes Universitet Mərkəzləri Federasiyasının prezidenti olub. Qatil tələbə toplantısında çıxış edən Lopesə yaxınlaşaraq bir neçə dəfə atəş açıb və motosikletlə hadisə yerindən uzaqlaşıb. İnsident zamanı daha 3 nəfər yaralanıb.
Qeyd edək ki, Venesuelada aprelin əvvəlindən prezident Nikolas Maduronun siyasətinə qarşı kütləvi etiraz aksiyaları keçirilir. Toqquşmalarda 30-dək etirazçının öldüyü bildirilir.
Ötən gün Karakasda Milli Qvardiya əsgərləri Venesuela Mərkəzi Universitetinin tələbələrinə qarşı gözyaşardıcı qazdan istifadə edib. Qarşıdurma nəticəsində bir neçə nəfər xəsarət alıb.