2010-cu ildə bobsley üzrə olimpiya çempionu olmuş amerikalı Stiven Holkomb ABŞ yığmasının Leyk- Plesid şəhərindəki (Nyu-York ştatı) Olimpiya Hazırlıq Mərkəzindəki öz otağında ölü tapılıb.

Bu barədə ABŞ-ın Olimpiya Komitəsinin rəsmi saytında məlumat yerləşdirilib.

Otuz yeddi yaşlı idmançının hansı səbəbdən öldüyü barədə hələ ki, məlumat verilmir.

Holkomb olimpiya çempionu adını Vankuverdə qazanıb. O, Soçidə keçirilən Qış Olimpiya Oyunlarında isə iki bürünc medal qazanmağa müvəffəq olub. Həmçinin onun aktivində dünya çempionatlarının 5 qızıl və 5 bürünc medalı var.