ABŞ-ın Corciya ştatında güclü meşə yanğınları davam edir.
Unikal.org bildirir ki, meşə yanğınları səbəbi ilə Corciya ştatında 2 min insan təxliyə edilir. Qeyd olunur ki, Sent-Corc şəhərinin bütün sakinləri təxliyə edilməlidir.
Məlumatda deyilir ki, Folkston ibtidai məktəbində müvəqqəti sığınacaq açılıb.
Qeyd edək ki, meşə yanğınları mayın 6-da başlayıb və artıq 389 kvadrat kilometr yanıb.