Türkiyənin müdafiə naziri Fikri İşıq Hakkaridə PKK ilə silahlı münaqişə zamanı şəhid olan hərbçi Serkan Çakalın 9 yaşlı oğlu Metehanın Kocaeli sünnət mərasimi üçün xidməti maşınını bəzətdirib.
Unikal.org xəbər verir ki, nazirin bu addımı qonşu ölkədə müsbət qarşılanıb.
Sevincini mətbuatla bölüşən Metehan belə deyib:
"Nazirimiz bir müddət əvvəl Kocaeliyə gələndə anamla birgə qəbuluna getdik. Orda məndən nə istədiyimi soruşanda sünnətimdə avtomobil karvanının olmasını istədiyimi dedim. Ondan sonra nazirimiz öz avtomobilini verdi. Dostlarımla birgə avtomobillə gəzdik, siqnal verdik, çox əyləndik".