Baş Qərargah rəisi Hulusi Akarın başçılıq etdiyi Türkiyə nümayəndə heyəti ABŞ-da ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danford ilə görüşüb.

Unikal.org-un məlumatına görə, görüşdə Türkiyə Milli İstihbarat Təşkilatının rəhbəri (MİT) Hakan Fidan və Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın da iştirak ediblər.

Görüşdə terrorçuluqla mübarizə və Suriyada və İraqdakı vəziyyət müzakirə olunub.