İlkin hesablamalara əsasən Fransanın V Respublikasının 8-ci prezidenti 65,1% ilə «İrəli» partiyasının lideri Emmanuel Makron olub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Emmanuel Makron prezident seçkilərində səslərin 34,9 % toplayan Milli Cəbhənin lideri Marin Le Pen üzərində qələbə qazanıb.

Xatırladaq ki, Fransada builki prezident seçkilərinin I turunda 11 namizəd iştirak edib.

20:43

Bu gün Fransada keçirilən ikinci tur prezident seçkilərində Emmanuel Makron liderlik edir.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, səslərin 62-65 faizini toplayan "En Marche" (Yürüş) Hərakatının lideri "Milli Cəbhə"nin lideri Marin Le Peni üstələyir.

Qeyd edək ki, 39 yaşlı E. Makron seçiləcəyi halda Fransanın ən gənc prezidenti olacaq.