Gürcüstanın qərbində rusiyalı turist dağ çayının üzərindən düşmək istəyərkən ölüb.

Unikal.org-un gazeta.ru -ya istinadən verdiyi məlumata görə, o, Bjuji çayında keçirilən xizək turnirində iştirak edirmiş.

"Bu gün iki rus turist çayı sürətlə keçmək istəyərkən daş parçası ilə toqquşublar. Turistlərdən biri hadisə nəticəsində həlak olub, digəri isə yüngül xəsarət alıb, - məlumatda bildirilir.