Fransanın yeni seçilən prezidenti Emmanuel Makron başçılıq etdiyi "En Marche! ("İrəli!") təşkilatının rəhbəri vəzifəsindən istefa verib.

Unikal.org-un
RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın baş katibi Rişar Ferran bildirib.

"Emmanuel Makron hərəkatın müvafiq iclasından sonra rəhbər postunu tərk edib, deyə R.Ferran bildirib.

Onun sözlərinə görə, "En Marche! hərəkatı liderinin səlahiyyətlərini 68 yaşlı Katerina Barbarus icra edəcək. K.Barbarus yarandığı ilk gündən hərəkatın üzvüdür.

Qeyd edək ki, "En Marche! hərəkatı 2016-cı E.Makron tərəfindən yaradılıb.