Venesuela hakimiyyəti etiraz aksiyaları səbəbindən Karakasda 30 metro stansiyasını bağlayıb.

Unikal.org-un məlumatına görə, Venesuela hakimiyyəti bu qərarı "sərnişinlərin təhlükəsizliyini təmin etmək" üçün verib.

Qeyd edək ki, artıq bir həftə davam edən etiraz aksiyası zamanı azı 37 nəfər xəsarət alıb.