Nobel laureatı, tanınmış elm adamı Aziz Sancar xərçəng xəstələrinə çağırış edib.

Unikal.org-un məlumatına görə, o bu xəstələrə müalicə üçün Amerikaya gəlməməyi tövsiyyə edib. Səbəbini isə müalicənin dünyanın hər yerində standart olması ilə əsaslandırır.

Professor qeyd edir ki, xərçəngin müalicəsinin təməlini ailə dəstəyi təşkil edir. Amerikaya gedən xəstələr isə ailələrindən kənarda qaldıqları üçün müalicənin təməl meyyarından məhrum edilmiş olurlar. Hazırda xərçəngin müalicəsində istifadə edilən dərmanlardan birinin təsirini artırmaq üzərində işlədiyini deyən Sancar, gün ərzində 5-10 kilometr qaçdığını vurğulayır.