Türkiyənin Tel-Avivdəki səfiri İsrail Xarici İşlər Nazirliyinə çağrılıb.

Unikal.org bildirir ki, səfirin XİN-çağrılmasının səbəbi prezident Ərdoğanın "Qüds səmalarında azanın susdurulmasına izin verməyəcəyik" sözləri olub.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Qüds Vəqfləri toplantısındakı çıxışında İsrailə təpki göstərib. O, çıxışında bildirib ki, azanın yasağının gündəmə gəlməsi utancvericidir.