Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibindəki Yüksək Texnologiyalar Parkı (YTP) başqa bir yerə köçməyə hazırlaşır.
Unikal.org-un məlumatına görə, informasiyanı Xeberler.az yayıb. Sayt yazır ki, YTP yerləşdiyi məkanın aylıq və digər bu kimi maliyyə xərclərini ödəyə bilmədiyi üçün başqa bir məkana köçməyi planlaşdırır.
Belə ki, yaşanan iqtisadi sıxıntılara görə, YTP daha uyğun qiymətli məkana köçəcək.
Qurumdan sayta məlumatı təsdiqləyiblər. Qeyd edilib ki, məsələ gündəmdədir. Amma YTP-ın hara köçəcəyi hələlik məlum deyil. Məlumata görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi müəyyən edəcək.
Qeyd edək ki, YTP hazırda AF Business House-un 3-cü mərtəbəsində yerləşir.