İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi çox böyük hadisədir.

Unikal.org xəbər verir ki, bunu trend-ə Azərbaycanın Rus İcması sədrinin birinci müavini Yuri Zenin deyib.

O qeyd edib: "Oyunlara hazırlıq, təşkilatçılıq bizi heyran edib. Azərbaycan tolerant ölkədir və İslam Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzunu dünyada daha artıracaq".

Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.