Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədov növbəti görüşünü keçirib.
Unikal.org-un məlumatına görə, 33 yaşlı idmançı belçikalı Məhəmməd Malik Sinistra ilə üz-üzə gəlib.
Gebze İdman Sarayında baş tutan qarşılaşma Zabitin 2-ci raundda qazandığı qələbəsi ilə yekunlaşıb.
Rəqib ikinci raundda sağ ayağından aldığı ciddi zədə üzündən döyüşü davam etdirə bilməyib. Və hakim qarşılaşmanın Z.Səmədovun xeyrinə dayandırıb.