Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında yarışların 7-ci gününə start verilir.

Unikal.org-un məlumatına görə, boks yarışında 60, 69, 75, 91 və +91 kq çəki dərəcələrində idmançılar mübarizəyə başlayacaq. Azərbaycanı Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) təmsil edir.

X X X

Bu gün idman gimnastikası üzrə qaliblər müəyyənləşəcək.

Azərbaycanı kişi gimnastların yarışında Murad Ağarzayev, Bense Talas və Timur Bayramov, qadınların yarışında isə Marina Nekrasova, Yuliya İnşina və Yekaterina Tişkova təmsil edəcəklər.

X X X

Oyunların 7-ci günündə bədii gimnastların yarışında qaliblər məlum olacaq.

Azərbaycanı yarışlarda Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirova təmsil edirlər.

X X X

Bu gün, həmçinin həndbol yarışı başa çatacaq. Azərbaycanın qadın həndbolçuları finalda Türkiyə ilə qarşılaşacaq.

X X X

Oyunların 7-ci günündə qadınlar və kişilər arasında cüdo və para cüdo yarışları, eləcə də karate yarışları davam edəcək.

X X X

Bundan başqa, atıcılıq, üzgüçülük və tennis yarışlarında təsnifat və final mərhələləri keçiriləcək.

X X X

Voleybol turnirində qadınlardan ibarət Azərbaycan yığması Türkiyə ilə qarşılaşacaq.

X X X

Su polosunda kişi idmançılardan ibarət millimiz İndoneziya ilə üz-üzə gələcək.

X X X

Həmçinin ağır atletikada qadın (58 kq) və kişi ağırlıqqaldıranlar (62 kq) güclərini sınayacaqlar.