Qazaxıstanın Çimkənt şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycan millisi də iştirak edib.

Azərbaycan Boks Federasiyasından Unikal.org-a verilən məlumata görə, baş məşqçi Vaqif Kazımov və məşqçi Vüqar Məmmədovun rəhbərliyi altında turnirə yollanan komandamız vətənə 4 medalla qayıdıb. Boksçularımızdan Maqsud Xasmetov (46 kq), Elşən Cəbizadə (54 kq), Rüfət Nəbiyev (66 kq) və Adir Vəliyev (80 kq) bürünc mükafat qazanıblar.

Yarışda Elxan Əsədov ölkəmizi hakim kimi təmsil edib.