Qoç - nə sizin, nə də müttəfiqlərinizin heç cür öhdəsindən gələ bilmədiyi işi başa çatdırmaq şansı yaranacaq. Əlinizə pul gəlməsi mümkündür. Dəyərli hədiyyələr də istisna deyil.
Buğa - kübar tədbirlərə getmək üçün əla gündür. Maraqlı dəvət yoxdur? Eybi yox, özünüz nəsə təşkil edin.
Əkizlər - xırda da olsa çətinliklər istisna deyil. Bu çətinliklərin çoxu öz günahınızdan yaranır - imkanlarınızı həddindən artıq qiymətləndirmisiniz və qarşınıza çox çətin vəzifələr qoymusunuz.
Xərçəng - imkanlarınız göründüyü qədər sərhədsiz olmasa da, genişdir. Yeni başlanğıclar uğurlu olacaq. İş və şəxsi layihələri uğurlu sonluğa çatdıra biləcəksiniz. Bu gün iş danışıqları üçün əlverişlidir. İdeya və təklifləriniz müzakirəsiz qəbul ediləcək.
Şir - həm iş, həm də şəxsi həyatınızla bağlı bütün vacib məsələləri günün birinci yarısında müzakirə etməyə çalışın. Sonra enerji potensialınız enəcək, fikrinici cəmləmək çətinləşəcək, hər şeyi bir kənara atmaq istəyir sağlam düşüncədən üstün ola bilər.
Qız - yeni üfüqlər və imkanlar yaranır. Şəraitdən istifadə etməyə tələsin. Əgər ləng tərpənsəniz, vaxt rəqibləriniz üçün işləyəcək. Rəhbərliklə fikir ayrılıqları gözlənilsə də, uğurla aradan qaldırılacaq. Potensial işverənlər və investorlardan maraqlı təklif ala bilərsiniz.
Tərəzi - düşünülməmiş addımlar atmayın. Heç kimi incitməmək üçün özünüzü necə aparmağın lazım olduğunu intuisiyanız deyəcək. Daxili səsinizə qulaq asın.
Əqrəb - bu gün gələcək həyatınızın asılı olduğu qərarları qəbul etməli olacaqsınız. Ən çətini yaxınlarla yola getməkdir. Onlarla münasibətlərdəki boş fikir ayrılıqları ciddi nəticələr verə bilər.
Oxatan - şəxsi münasibətlərlə qarşılıqlı anlaşma, harmoniya hökm sürəcək. Dünənlə müqayisədə bir qədər xoş gündür. Amma onu xüsusilə uğurlu hesab etmək olmaz.
Oğlaq - intuisiya deyir ki, tezliklə vacib və müsbət nəsə baş verəcək. Yanılmır. Düzdür, vaxtla bağlı bir qədər dolaşıqlıq var. Yəqin ki, ən maraqlı hadisələr sabah baş verəcək. Odur ki, taleyin sizi aldatdığını düşünməyin, hər şey hələ qabaqdadır.
Dolça - bu gün gücünüzü bərpa etmək üçün həmişəkindən çox istirahət etməlisiniz. Ona görə də artıq yükdən imtina edin və istirahətsiz çalışmayın.
Balıqlar - əgər vaxtında düzəliş etsəniz, hədər səylər və boş təlaşdan xilas ola bilərsiniz. Unutmayın ki, bu gün bəxtiniz yalnız xırda məsələlərdə gətirəcək. Ciddi və vacib işlərdə isə istisnasız olaraq öz gücünüzə arxalanmalısınız.