Azərbaycanda "Xalq artisti və "Əməkdar artistlərin sayı məlum olub.

Unikal.org-un araşdırmasına görə, 2017-ci ilin aprel ayının 1-ə olan hesabata əsasən Azərbaycanda yuxarıda qeyd olunan fəxri ad alanların ümumi sayı 2566 nəfərdir. Bunların 222 nəfəri "Xalq artisti, 2344 isə "Əməkdar artistdir.

Qeyd edək ki, "Xalq artistləri aylıq 100 AZN, "Əməkdar artistlər isə 60 AZN təqaüd alır.

Məlumat üçün bildirək ki, hər iki fəxri ad dövlət başçısının imzaladığı sərəncam əsasında verilir.

Xəbərdəki rəqəmlər Dövlət Statistika Komitəsinin açıqladığı hesabatdan götürülüb.


Həsən Babayev