"Təcili hal baş verərsə və ya qəza şəraiti yaranarsa, sürücü sarı rəngdə bütöv formada çəkilmiş zolaqdan istifa edə bilər".
Unikal.org xəbər verir ki, bu sözləri Sfera.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib. V.Əsədov bildirib ki, qəza şəraitinin baş vermə səbəbləri mütləq şəkildə araşdırılır: "Hər bir hərəkət qanunla tənzimlənir. "Yol hərəkəti haqqında" qanunda göstərilir ki, zərurət yaranarkən yol hərəkatı qaydası araşdırma zamanı doğruluğunu təsdiq edərsə, bu zaman sürücü məsuliyyətdən azad olunur. Bu şərtlə məsuliyyətdən azad olunur ki, sürücünün törətdiyi xəta törədiləcək xətadan yüksək olsun".
Qeyd edək ki, mayın 5-dən 25-dək sarı rəngdə bütöv formada çəkilmiş zolaqlara ancaq IV İslam Həmrəyliyi Oyunları üçün nəzərdə tutulan nəqliyyat vasitələri buraxılır. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) 24 saat ərzində zolaqlara nəzarət edir. Sarı zolaqla hərəkət edən digər maşınlar isə 40 manat cərimə tətbiq olunur.