Azərbaycanın paytaxtı olan Bakı şəhərində qeydiyyatla yaşayan insanların sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Unikal.org-un sorğusuna cavab olaraq bildirilib ki, paytaxt Bakıda qeydiyyatda olan əhalinin sayı 2 milyon 249,5 min nəfər təşkil edib.

Bakının rayonları üzrə yaşaya

Binəqədi rayonu 263,3 min
Qaradağ rayonu 122,7 min
Xəzər rayonu 163,9 min 
Səbail rayonu 101,1 min
Sabunçu rayonu 241,6 min 
Suraxanı rayonu 216,7 min 
Nərimanov rayonu 176,5 min 
Nəsimi rayonu 219,4 min 
Nizami rayonu 197,4 min 
Pirallahı rayonu 20,2 min 
Xətai rayonu 280,7 min 
Yasamal rayonu 246,0 min 

Qeyd edək ki, 2015-ci ildə Bakı əhalisinin sayı 2  milyon 214,1 min nəfər nəfər olub. Son 16 ayda paytaxtda qeydiyyata düşən əhalinin sayı 35.4 min nəfər artıb.