Ən böyük mesajlaşma proqramı olan WhatsApp-da yeni təhlükəli virus yayılıb.
Unikal.org istipress-ə istinadən xəbər verir ki, proqram istifadəçilərinə "Whatsapp.com" linki göndərilir.
Linkə daxil olanda WhatsApp-la əlaqəsi olmayan sayt açılır. Maraqlıdır ki, həmin saytda hərflər kiril əlifbasındadır.
WhatsApp idarəçiləri istifadəçilərə xəbərdarlıq edib ki, mobil əlavəni telefona yükləməsinlər, bu, təhlükəli virus ola bilər.