"Ümumrusiya Azərbaycan Konqresinin ləğvi üçün Rusiya hakimiyyətində olan bəzi anti-Azərbaycan və ermənipərəst qüvvələr ciddi cəhdlə çalışdılar və bunu həyata keçirdilər. Bu, azərbaycanlılara qarşı hörmətsizlik oldu.
Unikal.org xəbər verir ki, bunu apa-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib:
"Təəssüf ki, Rusiya Ali Məhkəməsi azərbaycanlıların mənafeyini düşünmədən ölkənin Ədliyyə Nazirliyinin müraciətini müsbət qiymətləndirib. Əlbəttə ki, əgər ÜAK-ın dövlət qeydiyyatı ləğv olunursa və qurum fəaliyyətini dayandırırsa, bu, ilk növbədə tarixən formalaşmış və xoş ənənələrə malik Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərir. Çünki bu gün azərbaycanlılar Rusiyanın ictimai-siyasi, mədəni və iqtisadi həyatında, ən müxtəlif sahələrdə aktiv fəaliyyət göstərirlər. Onlar seçkilərdə iştirak edib ölkənin müqəddəratını müəyyənləşdirir, vergi ödəyicisi kimi üzərilərinə düşən vəzifələri yerinə yetirirlər. Bütün bu fəaliyyətdə ÜAK mühüm rol oynayıb. Belə bir təşkilatın dövlət qeydiyyatının ləğvi şübhəsiz ki, azərbaycanlılarda xoşagəlməz ovqat formalaşdıracaq, ciddi narahatlıq doğuracaq. Üstəlik Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçidir. ÜAK-ın fəaliyyətinin dayandırılması kimi nalayiq kampaniya ermənipərəst qüvvələrin işidir. Buna görə də Rusiya ictimaiyyətinin aktiv kəsiminə - deputat həmkarlarımıza müraciət etməliyik. Onları təşkilatın ləğvinə reaksiya verməyə, əsl həqiqəti bəyan və müdafiə etməyə, qurumun fəaliyyətinin bərpasına çağırmalıyıq. Həqiqət isə bundan ibarətdir ki, ÜAK heç bir halda Rusiya qanunvericiliyinə zidd fəaliyyət göstərməyib, göstərə də bilməz. Qurum üzərinə düşən öhdəlikləri azsaylı xalqlara məxsus digər təşkilatlardan daha intizamlı şəkildə yerinə yetirib.
Ə. Amaşov bildirib ki, Azərbaycan Mətbuat Şurası ölkə jurnalistləri adından Rusiya jurnalistlərinə müraciət ünvanlayıb: "Biz bu məsələnin işiqlandırılmasında rusiyalı həmkarlarımızı obyektivliyə, peşəkarlıq prinsiplərinə sadiq qalmağa çagırmışıq.
"Novoye vremya qəzetinin baş redaktoru Şakir Ağayev isə bildirib ki, baş verənlər Azərbaycana və azərbaycanlılara münasibətdə xoş hal deyil: "Bu, orada yaşayan azərbaycanlıların fəaliyyətini məhdudlaşdırır. Lakin istəməzdim ki, bunu tam siyasiləşdirək. Bu hüquqi qərar olduğu üçün hüquqi tərəfdən məsələyə yanaşmalıyıq və cəhd etməliyik ki, ədalət bərpa olsun. Təbii ki, Dağlıq Qarabağ kimi problemimizin olduğu vaxtda həqiqətlərimizin xaricdə yayılmasında diaspor böyük rol oynayır və belə vaxtda ÜAK-ın bağlanması xoş deyil. Oradakı erməni diasporuna da mümkün cavabı verəcək diasporumuz olmalıdır. Azərbaycan - Rusiya münasibətlərinin çox yüksək səviyyədə inkişaf etdiyi vaxtda bu qərarın verilməsi də heç ürəkaçan deyil. Hesab edirəm ki, diasporumuz Rusiya qanunvericiliyinə uyğun bütün sənədləri qaydasına salıb və ali instansiya məhkəməsinə müraciət etməklə, sübut etməlidir ki, ÜAK qanuni fəaliyyət göstərməyə qadirdir. Bu məsələni ancaq hüquqi yolla cəhd edib həll etmək olar, bunu siyasiləşdirməyin faydası yoxdur. Mən inanıram ki, bu məsələ hüquqi yolla həllini tapacaq. Biz Rusiya ilə münasibətlərimizi, buradakı rus icmasına münasibətimizi olduğu kimi saxlamalıyıq, hansısa qüvvələrə fürsət verməməliyik.
"İki sahil qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə ÜAK-ın qeydiyyatının ləğvini hüquqi yox, sırf siyasi qərar olduğunu bildirib: "Rusiyada onlarla qeyri-hökumət təşkilatı var. Necə oldu ki, birdən yadlarına Ümumrusiya Azərbaycan Konqresi düşdü? Bu, Rusiyadakı anti-Azərbaycan və erməni lobbisinin təsiri altında verilmiş qərardır.
V. Rəhimzadə deyib ki, məhkəmənin bu qərarı Rusiyanın öz vətəndaşlarına qarşı ədalətsiz addımıdır: "Rusiyada yüz minlərlə azərbaycanlı yaşayır və onlar Rusiya Federasiyasının vətəndaşıdır. Onların ən böyük təşkilatının bağlanması hüquqlarının pozulması ilə yanaşı, millətlərarası münasibətlərə mənfi təsir göstərə bilər. Bu Konqres ümummilli lider Heydər Əliyev ilə cənab Vladimir Putinin tövsiyəsi ilə yaradılıb. Bunun birdən ləğv edilməsi düz addım deyil. Rusiya həm də ATƏT Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçidir. Belə bir qərar onun buradakı fəaliyyətini də kölgə altına salır. Mən düşünürəm ki, Rusiyanın dövlət orqanları bu məsələ ilə bağlı ciddi düşünməli və düzgün addımlar atmalıdır.