2017-ci ilin ötən dövrü ərzində Azərbaycana idxal olunan avtobusların sayı və qiyməti açıqlanıb.

Unikal.org -un araşdırmasına görə, bu ilin aprel ayının 1-ə olan hesabata əsasən ölkəyə 2 milyon 481min dollar dəyərində 25 ədəd avtobus gətirilib. Avtobusun 1 ədədinin dəyəri 99 min 240 dollar təşkil edir.

Qeyd edək ki, rəqəmlər Dövlət Statistika Komitəsinin açıqladığı hesabatlardan götürülüb.


H.Babayev