Əməkdar artist Mətanət İsgəndərlinin nəvəsi Tuncay xəstəxanaya düşüb.
Unikal.org axşam.az-a istinadən bildirir ki, qulağına "şarik" girən Tuncay çətin anlar yaşayıb.
M.İsgəndərli əməkdaşımızla söhbətində bildirib ki, həkimlərin davranışı da onu bir yandan əsəbiləşdirib:
"Məktəbdə "şarik" oynadanda qulağına girib. Xəstəxanaya aparıblar, həkim nəvəmlə elə rəftar edib ki, uşaq travma alıb. Balaca uşaq ağrıdan ağlıyırmış, həkim də bir yandan qışqırıb ki, sakit dur. Tuncaya heç nə edə bilməyib. Uşağı sağaltmaq əvəzinə vəziyyəti gərginləşdiriblər.
Təzədən aparıblar başqa bir klinikaya. Orada həkimlər narkozla "şariki" qulağından çıxarıblar. Bütün bunlardan mənim gec xəbərim olub. Tuncayı çox istədiyim üçün mənə deməyiblər. Uşaq narkozdan ayılandan sonra mənə video çəkib atıb, hər şeyi danışır. O qədər həyəcan keçirdim ki, ağladım. Xəstəxanadan sonra onu gəzməyə aparıb, ürəyi istəyən hər şeyi aldım".