Şamaxıda yerləşən "Samaxi Palace Sharadil" otel bağlanıb.

Unikal.org fins.az-a istinadən xəbər verir ki, mehmanxanadan verilən məlumata görə, buna səbəb oteldə rekonstruksiya işlərinin aparılmasıdır.

Belə ki, 5 ulduzlu hotel bir il müddətində fəaliyyət göstərməyəcək.

Mehmanxana rəsmisinin verdiyi məlumata görə, artıq bütün turizm şirkətləri məsələ ilə bağlı məlumatlandırılıb.