Bakıda metrosundan istifadə edən sərnişinlərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən unikal.org-a verilən məlumata görə, bu ilin yanvar aprel ayı ərzində 75 953,5 min nəfər sərnişin istifadə edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 105.8 faizvə yaxud 4 179.1 min nəfər çox olub.

Qeyd edək ki, 2016-ci ilin yanvar aprel ayında Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 71 774,4 min nəfər olub.