Azərbaycanda bu il 2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə qənd və şəkər tozunun istehsalında azalma qeydə alınıb.

Unikal.org-un araşdırmasına görə, 2017-ci ilin yanvar-aprel yaları ərzində 84.8 min ton qənd və şəkər tozu istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 19.7 faiz azalma deməkdir.

Qeyd edək ki, rəqəmlər Dövlət Statistika Komitəsinin açıqladığı hesabatlarda götürülüb.