Azərbaycan zorxanaçıları "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında fərdi mübarizəni 6 medalla başa vurublar.

Unikal.org-un report-a istinadən məlumatına görə, medallardan 1-i qızıl, 2-si gümüş, 3-ü bürünc olub.
Səngi yarışında 456 xal toplayan Rüfət Güləliyev qızıl, çərxi-çəmənidə 259 xalla Orxan Xanlarov və milbazidə 379 xalla Xəyyam Orucov gümüş, kəbbadədə 572 xalla Məmmədi Salamov, mil səngində 1003 xalla Xəyyam Orucov və çərxi-tizdə 280 xalla Orxan Xanlarov bürünc medala sahib çıxıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın zorxana komandası İslamiadada gümüş medalçı olub.