Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange) birjasında "Layt markalı neftin bir barrelinin qiyməti 0,40 dollar bahalaşaraq 50,73 dollar, Londonun ICE ("InterContinental Exchange Futures) birjasında "Brent markalı neftin bir barrelinin qiyməti 0,27 dollar ucuzlaşaraq 53,60 dollar olub.
"AzəriLayt markalı neftin bir barrelinin qiyməti isə 0,47 dollar bahalaşaraq 54,72 dollar təşkil edib.