Əmlak Məsələləri Dövlət Komitəsi 23 mayda dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirib.
Komitədən Unikal.org-a verilən məlumata görə, hərracda 2 kiçik dövlət müəssisəsi, 3 qeyri-yaşayış sahəsi və 1 nəqliyyat vasitəsi özəlləşdirilib. Qeyri-yaşayış sahələrinin 1-i paytaxtda, 2-si isə regionlarda yerləşir. Paytaxtda özəlləşdirilən qeyri-yaşayış obyekti Qaradağ rayonunda yerləşir.
Regionlarda keçirilən hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Özəlləşdirilən kiçik dövlət müəssisəsi Bakının Sabunçu rayonunda və Gəncə şəhərində yerləşir. Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Sabunçu rayonunda yerləşən 11 saylı çayxana olub. Adı çəkilən əmlak 24 min manata özəlləşdirilib. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özələşdirilib. Torpaq sahəsi 531,7 kv.m, ümumi faydalı sahəsi isə 89 kv.m-ə yaxındır. Özəlləşdirilən növbəti kiçik dövlət müəssisəsi Gəncə şəhərində yerləşən Çilingər emalatxanasıdır. Belə ki, həmin əmlak 1275 manata sahibini tapıb.