Xəbər verdiyimiz kimi məşhur müğənni Abbas Bağırov özünə gəlinsiz toy edib. Gəlinin iştirak etməyəcəyi məclisə Abbasın sənət yoldaşları, tanınmış simalar dəvət olunub.

Müğənni Əli Mirəliyev Unikal.org-a açıqlama verərək bildirib ki, Abbas onu toya çağırmayıb: "Abbasın oxumağını bəyənirəm. Ancaq niyə gəlinsiz toy edib, bu mənə çatmır. Məni toyuna çağırmayıb. Abbas dəvət etsəydi, toyunda iştirak edərdim. Bilir ki, gəlib orada butulka şalvar geyinənləri görüb əsəbiləşcəm, ona görə dəvət etməyib.

E.Həmidli