Aparıcı Ümnisə Hacıyeva (Umka) tədbirlərin birində görüntülənib.
Unikal.org xəbər verir ki, big.az-a açıqlama verən Umka rusiyalı müğənni ilə bənzərliyindən söz açıb:
"Məni bir çoxları rusiyalı müğənni Anna Sedakovaya bənzədirlər. Bütün günü mənim şəkilim ilə onun şəklini düzəldib göndərirlər. Mənə qalsa mən özümü ona bənzətmirəm. Çünki, onun yaşı çoxdur, həm də mən ondan daha gözələm. Hətta özünə belə yazmışam. Bilmirəm oxuyub ya yox".
"Space telekanalında işə başlayan aparıcı yeni verilişindən də söz açıb:
"Əvvəllər bu verilişi Zəhra Osmanova aparırdı. Proqramda heç bir dəyişiklik etməmişik. Zamanla rəhbərliyin icazəsi ilə yeniliklər edəcəm. Artıq anonsumuz da çəkilib. Məndə hər şey tərsinə həyata keçir. Bütün efirlər tətilə çıxdığı zaman, men verilişə başlayıram. Onsuzda mən 3 ildir tətil edirəm (gülür).
Əslində ARB telekanalından da təklif gəlmişdi. Sadəcə rayona gedib-gəlməli idim deyə razılıq vermədim".