Türkiyəli müğənni Mustafa Ceceli boşanıb.
Unikal.org Türkiyə mətbuatına istinadən bildirir ki, ifaçı 2008-ci ildə evləndiyi Sinem Ceceli ilə yollarını ayırıb. İstanbul Ailə Məhkəməsində baş tutan prosesdə Mustafa və Sinem vəkilləri ilə birgə iştirak ediblər.
Cütlüyün 6 yaşlı oğlu Arın anasına verilib. Onun bütün təhsil və digər xərclərini isə Mustafa Ceceli ödəyəcək. Bundan başqa, boşanma təzminatı olaraq bir ev və 3 milyon lirə (təxminən 1,5 milyon manat) Sinem Ceceliyə verilib.
Qeyd edək ki, boşanmaları haqda məlumatı sosial şəbəkədə Mustafa Ceceli yazıb.