Ağciyər xərçəngi diaqnozu qoyulan və Amerikada əməliyyat olunan "Yeşilçam ulduzu Hülya Koçyigit in səhhətində irəliləyiş var.
Unikal.org-un Türkiyə mediasına istinadən məlumatına görə, 2 gün reanimasiyada qalan aktrisa palataya köçürülüb. Lakin həkimlər aktrisaya 15 gün təyyarəyə minməyi qadağan ediblər.
Səhhətinin və əhvalının yaxşı olduğu deyilən Koçiyiti ailəsi Amerikada da tək qoymayıb. Aktrisanın əri Selim Soydan, qızı Gülşah Alkoçlar və kürəkəni Ender Alkoçlar bir an olsun belə, onun yanından ayrılmırlar.