Rəqqasə Fatimə Fətəliyeva 1 İyun - Uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə Mərdəkanda çıxış edib.

Unikal.org xəbər verir ki, axşam.az-a açıqlama verən sənəçi bildirib ki, uşaqlar evinin sakinlərinə həsr olunan konsertdə onunla yanaşı "Banu rəqs məktəbinin tələbələri də yer alıb:

"Hamı bilir ki, necə həssas bir insanam. Çoxdan idi ki, uşaqlar evində olan uşaqlar üçün sürpriz etmək istəyirdim. Dostum, rejissor Nail Naiboğlu ideyamı dəstəklədi. Konsertimdə təxminən 100-ə yaxın uşaqlar evinin azyaşlı sakinləri var idi.

Sənət dostlarım Zemfira İbrahimova, Xatun Əliyeva, Bahar Lətifqızı da məni tək qoymadı. Arzu edirəm ki, heç bir övlad atasız-anasız olmasın. Bu, çox böyük dərddir. Belə konsertlərimin sayı çox olacaq. Bu hələ başlanğıc 
idi".