"Star TV-də yayımlanan "Zuhal Topalla evlilik verilişinin iştirakçısı, azərbaycanlı model Əli Əkbərillərdir ayrıldığı ilk sevgilisi Nurlananı unuda bilmədiyini deyib və onu canlı yayıma dəvət edib.
Unikal.org xəbər verir ki, Ə.Əkbər onunla model kastinqlərindən birində tanış olduğunu söyləyib.
"O zaman Nurlananın 18 yaşı var idi, 2 il sevgili olduq. Həmişə mənim qayğıma qalırdı, xəstələnəndə bir saniyə belə yanımdan ayrılmırdı. Ona qarşı səhvlərim çox olub. Nurlana münasibətlərimizi rəsmiləşdirmək istəyirdi, mən isə işləmirdim. Buna görə ondan ayrıldım.
Əlini gördükdən sonra göz yaşlarına hakim ola bilməyən Nurlana hələ də ona qarşı qəzəbli olduğunu və bağışlamadığını deyib.
Verilişdə diqqət çəkən məqamlardan biri də Nurlananın gözlərinin rəngi olub. Aparıcı ona gözlərinin fərqli rəngdə olduğunu, bunun ona xüsusi gözəllik verdiyini və yaraşdığını söyləyib. Nurlana bir gözünün rənginin açıq, digərinin isə tünd olduğunu bildirib.oxu.az