Teleaparıcı Leyla Əliyeva ARB TV-nin "Gəlin danışaq verilişinin qonağı olub.

Unikal.org xəbər verir ki, uşaqlıqdan musiqiyə həvəsi olduğunu söyləyən teleaparıcı, bakalavr və magistr təhsilini xor-drijorluq üzrə bitirdiyini bildirib.

Aparıcı Zümrüd Qasımovanın təkidi ilə Leyla "Qurban adına mahnısını ifa edib:

"Hərdən "Eurovision seçimləri vaxtı oxuyurduq. Hansısa iştirakçı gəlir, baxırsan ki sənin ürəyindən gələn mahnını oxuyur. Çıxırdıq səhnəyə və mən onunla bir-iki ağız nəsə ifa edirdim. Amma aparıcı olduqdan sonra bunu etməkdən çəkinmişəm.