Bir neçə gün öncə ailə həyatı quran xalq artisti Aygün Bayramova yeni fotolarını paylaşıb.

Unikal.org-un Axşam.az-a istinadən xəbərinə görə, muğam ifaçısı şəkillərdə sənət yoldaşları ilə bir arada görünür. Fotolardan biri isə xalq artisti Zeynəb Xanlarova ilə çəkilib.

Qeyd edək ki, mayın 26-da "Buta" sarayında Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Xalq artistləri məhz həmin tədbirdə bir araya gəliblər.