Cari ilin aprel ayında Azərbaycanda fərdi kompüterlər 0,4% bahalaşıb. Fərdi kompüterlərin qiymətlərində yanvarda 3,1%, fevralda 0,8%, martda 0,7% artım qeydə alınıb.

Unikal.org-a bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Noutbuklara gəlincə, yanvarda 1,6%, fevralda və martda 0,7%, apreldə 0,2% qiymət artımı müşahidə olunub. İlk üç ayda bahalaşan planşetlər isə apreldə ucuzlaşmağa başlayıb. Belə ki, yanvarda 1,7%, fevralda 0,2%, martda 0,4% bahalaşan planşetlər apreldə 0,7% ucuzlaşıb.

Rəsmi statistikaya əsasən, apreldə 1 fərdi komputerin orta aylıq qiyməti 719,57 manat, noutbuk - 726,52 manat, planşet - 381,99 manat təşkil edib.