Banu Alkan, Safiye Solman və Burcu Esmersoyla birlikdə proqram çəklişi üçün Hindistana gedən Bülent Ersoyu ilan sancıb.

Unikal.org xəbər verir ki, "Diva" Banu Alkanın xəstə olduğuna inanmayıb bir ağacın altında tək başına oturmaq istəyəndə, onu kobra vurub. Həmin anların görüntüləri ortaya çıxıb.

Hadisə baş vermədən öncə Banu Alkan xəstə olduğu üçün proqrama qatıla bilməyib. "Diva" buna çox əsəbləşərək "Sənin haran xəstədi? Hamını buna inandıra bilərsən, məni yox" deyib. Elə bu zaman ilan onu sancıb.

Ersoyun qışqırıqlarını eşidən işçilər kobranı öldürüb. Sol ayağında şişlik və qızartı yaranan sənətçi ilkin yardımdan sonra xəstəxanaya yerləşdirilib. Ersoy xəstəxanada müşahidə altında saxlanılır. 



(Sivil.az)