Azərbaycanda iri buynuzlu mal-qaranın baş sayında azalma baş verib.

Unikal.org-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2017-ci il aprel ayının 1-i vəziyyətinə görə, ölkənin iqtisadi rayonları üzrə mal-qaranın sayı 2 706 807 baş təşkil edib ki, bu da ötən ilin eyni ayları ilə müqayisədə 12772 baş azalma deməkdir. 2016-ci ilin yanvar-aparel aylarında isə bu göstərici 2 719 579 baş təşkil edib.

Respublika üzrə mal-qaranın baş sayında azalma müşahidə edilsədə, 2017-ci ilin yanvar-aprel ayında Bakı şəhəri üzrə bu sahədə artım müşahidə edilib. Belə ki, 2017-ci ilin aprel ayınının 1-nə olan vəziyyətə görə, paytaxt Bakıda iri buynuzlu heyvanların sayı 8 085 baş təşkil etmişdisə, 2016-ci ildə bu rəqəm 5 875 baş olub.