10 il öncə "Maşın şou"nun qalibi olan Murad Arif illər öncə yaşanan hadisələri yenidən gündəmə gətirib. Bir çoxları ona avtomobilin verilmədiyini, bəziləri isə pul verildiyini deyir.
Unikal.org xəbər verir ki, Murad isə bütün bu söz-söhbətlərə son qoyaraq, sözügedən avtomobili sataraq ev aldığını deyib:
"İşsiz, kasıb, iddialı bir oğlan "Maşın Şou"ya gəldi və 18 gündən sonra təzə "Nissan Teana" avtomobilinin sahibi oldu. Yazdılar ki, "maşını doğrudan vermirlər. Yoxsa, sürərdi". Mən avtomobil idarə edə bilmirdim. Avtobus, metro uşağı idim onda... Maşını satdım, 1 otaqlı ev aldım. Sonra o mənzili satıb başqa bir mənzil aldım ipoteka krediti ilə. Həyatımın ən böyük problemi, ev problemini həll etdim. Bunun üçün Murad Dadaşova nə qədər təşəkkür etsəm, azdır.metbuat.az