"Nə qəribə sual idi. İncitdiyim insanın ahını aldım üstümə. Bu günə qədər də ondan sonra xoşbəxt ola bilmirəm və həmin insanın özü də artıq 2 il yarımdır ki, həbsdədir. Mən o insanı çox incitdim. 3 illik münasibətim oldu həmin insanla. Uzun da sürə bilərdi, həbsdə olmasaydı, bəlkə də indiyədək bir yerdə ola bilərdik. Bu münasibətin baş tutmasını istəməyən insanların "prinsipinə görə uzandı. Rəqsanə, qızı, ailəsi çox cəhd göstərirdilər ki, münasibət alınmasın. İlk 2 il mən onu dünyalar qədər istəmişəm. 3-cü il isə qardaşı məni o qədər şeylərə peşman edirdi ki... Düz yolun yolçusu deyildi. Haqsızlıqları götürə bilmirdim. Məhz buna görə də uzaqlaşdım. Onlara dedim, siz sevinin ki, arxanızda atanız var. Dedim, get özünə karyera qur və qardaşından uzaqlaş. Onu hədsiz çox incitdim. Onun həyatında dəyər verdiyi 2 qadın var. Biri mən, biri də anası. Mən ondan halallıq verməsini istərdim. Çox kinli insandır. Münasibətlərimiz kəsiləndən il yarım sonra həbs olundu. Gedib ziyarət etdim. Ömür boyu qarşısından yeməyən insan, məni görən kimi dedi ki, nəyə gəlmisən? Eşitmisən ki, 1-2 aya çıxıram ona görə? Dedim, vicdanım əl vermədi. Dedi, indiyə qədər vicdanın harada idi?".
Tanınmış prodüser həbsdə olan sevgilisindən danışıb ağladı- VİDEO
10:04 30-05-2017
ŞOU
ARB TV-nin "Gəlin danışaq" verilişində qonaq olan prodüser Təranə Səmədova kövrək anlar yaşadı.
Unikal.org xəbər verir ki, prodüser aparıcının ona ünvanladığı "Həyatda ən çox kimi incitmisiniz sualına cavab verərkən ağlayıb:
Digər Xəbərlər
2024-12-23 20:08:25
2024-12-23 19:06:15
2024-12-23 18:45:44
2024-12-23 18:17:30
2024-12-23 15:54:27
2024-12-23 12:05:00
2024-12-22 17:41:07
2024-12-22 16:39:35
2024-12-22 10:10:52
2024-12-22 09:20:38
2024-12-21 09:10:00
2024-12-21 00:44:40
2024-12-20 23:03:04
2024-12-20 19:31:02
2024-12-20 18:31:19
2024-12-20 13:49:17
2024-12-19 23:51:10
2024-12-19 19:32:34
2024-12-18 22:55:05
2024-12-18 22:00:12