Cəbhə xəttində daha bir erməni öldürülüb.
Unikal.org-un verdiyi məlumata görə, o, ötən gün saat 18 radələrində təmas xəttində ölüb.
Ölən Armen Qasparyan (1974-cü il) müqavilə əsasında erməni ordusunda xidmət edib. 
Ötən gecə Ermənistan silahlı qüvvələrinin işağl etdiyi Azərbaycanın Kəbəcər rayonunda da iki erməni hərbçisi məhv edilmişdi. 
Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan deyib ki, ölən hərbçilər Suren Arturoviç Aramyan (1997-ci il) və Qriqor Germinoviç Avetisyandır.
Cəbhə xəttində gərginlik aprelin 2-dən etibarən başlayıb. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. 
 
anspress