Son günlər Azərbaycanla Ermənistan arasında yaşanan olaylarla bağlı ordumuza daha bir dəstək Cənubi Azərbaycanın paytaxtı Təbrizdən gəlib.
Unikal.org qol.az-a istinadən xəbər verir ki, Asiya Çempionlar Liqasının qrup mərhələsinin IV turunda keçirilən "Traktor Sazi" - "Paxtakor" oyununda təbrizli azarkeşlər dəstək nümayiş etdiriblər.
Onlar matçın gedişi zamanı "Sən çağırsan, gələrəm mən, sən yaşa, Azərbaycan, eybi yoxdur, ölərəm mən, sən yaşa, Azərbaycan!" kimi şüarlar səsləndiriblər.
Qeyd edək ki, "Traktor Sazi" - "Paxtakor" oyunu 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.